Koronavirusa yoluxanların sayının artması bizim tərəfimizdən təbii qəbul olunur. Sərt karantin rejiminin çıxdıqca bu sayın artmasını gözləyirdik.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, yoluxmaların artmasında səbəb vətəndaşların səhlənkarlığıdır.
“İctimai nəqliyyatda, əhalinin sıx toplaşdığı yerlərdə, marketlərdə, banklarda insanların maska taxmadan gəzdiyini, sosial məsafəni gözləmədiyini görürürk. Nəticədə yoluxma artır”.
Azvision.az