Şamaxı rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.
Hit.Az Report-a istinadən xəbər verir ki, Hikmət Şikarov Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri olub.