Ermənilərin 95%-i Qarabağı Azərbaycanın tərkibində görmək istəmir – SORĞU

SİYASƏT
15:13 / 02.07.2020
2372

“CRRC” Tədqiqat Mərkəzi Ermənistan sakinləri arasında Qarabağla bağlı sorğu keçirib.

Ermənistan KİV-i yazır ki, fevralın 21-dən martın 15-nə qədər keçirilən sorğu Ermənistanın və Qarabağın fərqli yaşayış məntəqələrində keçirilib.

Rəyo soruşulanların 70%-i Qarabağın Ermənistana birləşdirilməsini, 16%-i bunun “müəyyən şərtlər altında gerçəkləşməsini” dəstəkləyir. Buna baxmayaraq, 9% erməni Qarabağın müstəqil dövlət kimi mövcud olmasına tərəfdar olublar.

“CRRC”nin keçirdiyi rəyə görə, respondetlərin 95%-i Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına “yox” deyiblər. Yalnız 1% erməni müəyyən şərtlər altında buna razı ola biləcəklərini, 1%-i məsələyə biganə olduqlarını, 3%-i isə “mən bilmirəm” kimi cavab veriblər.

Rəyi soruşulanların yalnız 30%-i Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inandığını bildirib.

1
Modern.az