İlkin Rüstəmzadə NİDA-dan getdi

SİYASƏT
16:03 / 02.07.2020
1791

Gənc fəal İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının İdarə Heyətindən və təşkilat üzvlüyündən istefa verib.

HİT.Az xəbər verir ki, o, bunu sosial şəbəkədəki hesabında yazıb.

"NİDA Vətəndaş Hərəkətanın İdarə Heyətindən və üzvlüyündən istefa verirəm. "Facebook" profilimi də dondururam. Artıq son aylarda yaşadıqlarım və yaşatdıqlarım elə bir dərəcəyə gəlib çatıb ki, özümü psixoloji olaraq tam düzəltməmiş, kiməsə faydamın olacağını düşünmürəm", - İ.Rüstəmzadə bildirib. 

Qeyd edək ki, o, bu gün həyat yoldaşı Əminə Rüstəmzadə ilə də ayrıldığını açıqlamışdı. 

 

 

0