Türkiyənin ABŞ-ın təzyiqlərinə baxmayaraq, S-400 sistemlərini alması Ərdoğanın müstəqil hərəkət etdiyini ortaya qoydu.
Bunu rusiyalı şərqşünas, tarix elmləri doktoru İrina Zvyaqelskaya deyib. O bildirib ki, S-400 sistemlərinin alınması Türkiyə üçün sadəcə milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından deyil, siyasi cəhətdən də əhəmiyyətli idi:
“Çünki Ərdoğan NATO üzvlüyü ilə bağlı öhdəliklərinə baxmayaraq, ciddi qərar verə biləcəyini göstərməli idi. Ancaq Türkiyənin nə vaxtsa NATO-dan çıxacağını fikirləşməməliyik. NATO-ya üzvlük hər vəziyyətdə Türkiyənin prioriteti olacaq”.
Axar.az