Ermənistandakı antirusiya isteriyasından sonra Rusiya “Azadlıq radiosu”nun erməni xidmətinin Moskvadakı reportyoru Roza Azatyanı deportasiya etməyə hazırlaşır.
Bu məlumatı “Politik.am” saytı öz mənbələrinə istinadən yayıb. Sayt Rusiya xüsusi xidmət orqanlarının müxbirə Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik pasport verdiyini müəyyən etdiyi bildirilib:
“Diplomatik pasporta sahib olan Azatyan Rusiyanın maraqlarına qarşı hərəkətə keçib. Bunun sayəsində yaxın zamanlarda güclü Ermənistan-Rusiya diplomatik skandalı yaşanacaq ki, bu da təkcə Ermənistanın Rusiyadakı səfirinin istefasıyla yox, həm də Mnatsakanyanın istefasıyla nəticələnə bilər”.
Axar.az