Akardan sərt mesaj: Türkiyədən üzr istəməlidir...

SİYASƏT
20:38 / 04.07.2020
1343

Fransa iddialarının təsdiqi üçün heç bir sübut təqdim edə bilmədi.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Fransa Türkiyədən üzr istəməyə məcburdur:

“NATO dünyanın hələ də ən etibarlı ittifaqı olduğunu göstərdi. İttifaq öz işini düzgün aparır. “Beyin ölümü” hələ də gerçəkləşməyib. Fransa da daxil olmaqla, 30 NATO ölkəsi həm dünyada, həm də bölgədə sülh və sabitlik üçün mübarizə apararkən “NATO-nun beyin ölümü gerçəkləşib” kimi sözləri düzgün deyil”.

Qeyd edək ki, Şərqi Aralıq dənizində Fransa ilə Türkiyə gəmiləri arasında baş verən gərginlik haqqında NATO hesabatında Fransanın iddiaları dəstəklənməyib.

0
Axar.az