ABŞ hökuməti Ağ Evin sözçüsü Keyli Makkenanın qondarma erməni soyqırımı ilə bağlı açıqlamasında aydınlıq gətirib.
Ağ Evdən verilən açıqlamada ABŞ hökuməti və prezidentinin 1915-ci il hadisələrini soyqırım kimi yox, “böyük faciə” kimi tanıdığı bildirilib.
“Amerikanın Səsi”nin sorğusuna cavab olaraq, Ağ Ev hökumətin bu məsələ ilə bağlı siyasətinin dəyişmədiyini bildirərək ABŞ prezidentinin 1915-ci il hadisələrinin tarixi bir cinayət və faciə olduğunu təsdiqləyib. .
Keyli Makkenanın Denver şəhərindəki “erməni soyqırımı” memorialına zərərin verilməsi ilə bağlı fikirləri müzakirə mövzusu olub. Makkenan Denverdəki olay haqda danışarkən “erməni soyqırımı” ifadəsini işlədib.
Türkiyənin Vaşinqtondakı səfirliyi mediaya açıqlamasında Ağ Ev nümayəndəsi tərəfindən “erməni soyqırımı” ifadəsinin istifadəsini yolverilməz hesab etdiyini, bunun məsələyə fərqli məzmun verdiyini bildirib.