Vəzifədən çıxandan sonra Putinlə münasibətləri necədir? – Medvedyev danışdı

SİYASƏT
21:04 / 09.07.2020
1501

Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Rusiya Federasiyasının Baş naziri vəzifəsindən kənarlaşdırıldıqdan sonra prezident Vladimir Putinlə münasibətlərindən danışıb.

Medvedyev video vasitəsilə jurnalistlərə bildirib ki, bu sual ona ilk dəfə verilmir və Vladimir Putinlə hələ də yaxşı yoldaş olduğunu bir daha təsdiqləyə bilər.

Medvedyevin sözlərinə görə, o, hazırda Vladimir Putinin müavini vəzifəsini icra edir və Təhlükəsizlik Şurasının fəaliyyətinə, təhlükəsizlik məsələlərini təmin etməyə cavabdehdir və buna görə də ilk şəxslə müxtəlif formatlarda mütəmadi əlaqə qurmaq imkanı var:

"Biz təhlükəsizlik baxımından bir çox məsələni, həm iqtisadi, həm də sosial mövzularda müzakirələr aparırıq".

O, əlavə edib ki, prezidentə vaxtaşırı "Vahid Rusiya" partiyasının sədri də kimi müraciət edir. Medvedyev xüsusən də partiya sədri olaraq iqtisadiyyatı, sosial sahəni, habelə əmək və məşğulluq məsələlərini dəstəkləmək üçün təkliflər hazırladığını deyib və Vladimir Putinlə də bu mövzularda söhbət edib.

"Deməli, hər şey qaydasındadır. Hər şey yaxşıdır", - Təhlükəsizlik Şurası sədrinin müavini fikrini yekunlaşdırıb.

0
Qaynarinfo.az