2 həftə ərzində ev şəraitində müalicə alan 10202 xəstə var.
HİT.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Onların arasında simptomsuz olan, simptomlu, təmasda olan uşaqlar da var. Bu səhiyyə sisteminin yükünün azalmasına kömək edir. Xəstələrin evdə müalicəsinə regionlarda ehtiyac yoxdur. Ehtiyac olduğu təqdirdə bununla bağlı məlumat veriləcəkdir".