Sərkisyanın qəfil Qarabağ səfəri: nəyə hazırlıq gedir?

SİYASƏT
12:32 / 11.07.2020
1401

Ermənistan Prezidenti Armen Sərkisyan dünən Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə gəlib.

Sərkisyan Xankəndidə qondarma rejimin separatçı rəhbəri Araik Arutyunyanla görüşüb. Görüş zamanı “ikitərəfli münasibətlər” müzakirə edilib.

Sərkisyan “dqr”lə Ermənistanın çətinliklərin öhdəsindən gəlməklə bərabər, inkişafı təmin edəcəklərinə inandığını deyib. Arutyunyan isə iqtisadi problemlərə rəğmən, Qarabağda işçi qüvvəsinə ehtiyac olduğunu bildirib.

Jurnalistlərə açıqlama verən Sərkisyan Qarabağ məsələsinin “güclü Qarabağ” qurmaqdan başqa həllinin olmadığını deyib.

“Qarabağın bir yolu var, o da “güclü dövlət” olmaqdır. Qarabağ məsələsinin dörd sütun üzərində dayanacaq “güclü Qarabağ” qurmaqdan başqa həlli yoxdur. Qarabağın güclənməsinə imkan yaradan ilk faktor vətənpərvərlik və xalq iradəsidir. İkinci faktor qalib ordu, üçüncü inkişaf etmiş iqtisadiyyat, dördüncüsü isə demokratiyadır. Qarabağda 2-3 dəfə çox əhali və daha böyük iqtisadiyyat ola bilər”.

Maraqlı olan məqam odur ki, Araik Arutyunyan Sərkisyanla görüşündən az öncə daha bir görüş keçirib. O, Ermənistanın keçmiş müdafiə naziri, hazırkı hökumətə elə də xoş münasibət bəsləməyən Seyran Ohanyanla görüşərək, onu özünün dostu adlandırıb.

Sərkisyan isə separatçıların keçmiş lideri bako Saakyanla da görüşüb.

Qeyd edək ki, Armen Sərkisyanın hazırkı pandemiya şəraitində təcili Qarabağa gəlməsi və burada görüşlər keçirməsi, eyni zamanda bəyanatlar verməsi diqqət çəkib.

1
Axar.az