Rusiyadan çox sayda həkim koronavirusa görə Azərbaycana GƏTİRİLİR

SİYASƏT
09:50 / 12.07.2020
1705

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin mütəxəssisləri və könüllü həkimlər qrupu koronavirus pandemiyası ilə mübarizədə kömək etmək üçün Azərbaycana yola düşüb.

Hit.Az xəbər verir ki, bu barədə “Report” Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.

"Rusiya həkimləri Azərbaycan Respublikasının tibbi işçiləri üçün konsultasiyalar keçirəcəklər, xüsusi problemli regionlarda tibbi yardımın göstərilməsi üzrə işin təşkilində kömək edəcəklər, respublikada epidemiologiya vəziyyətinin sabitləşməsi üçün ambulator və hospital mərhələlərində koronavirusun müalicəsi ilə bağlı Rusiya təcrübəsini bölüşəcəklər", - xəbərdə (mesajda) deyilir.

Həkim briqadasının tərkibinə beş mütəxəssis daxildir. Onlar arasında pulmonoloq, revmatoloq və epidemioloq da var. Qrupa Seçenovsk Universitetinin Pulmonologiya kafedrasının rəhbəri, Rusiya Səhiyyə Nazirliyinin pulmonoloqu Sergey Avdeyev başçılıq edir. "Seçenovsk Universitetinin həkimləri ilə birlikdə Azərbaycana Moskvanın tibbi müəssisələrində, Odintsov, Norilskdə yaşayan və işləyən 17 həkim yola düşəcəklər", - mətbuat xidmətində əlavə ediblər.

0