Türkiyə XİN: Erməni təcavüzü cavabsız qalmayacaq

SİYASƏT
09:41 / 13.07.2020
1316

Ermənistanın hücumunun Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret sübutudur.

Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.

Bəyanatda deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna hücumunu sərt şəkildə pisləyir:

"Ermənistanın millətçilik anlayışının daha bir təzahürünün Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret sübutudur".

Xarici İşlər Nazirliyi erməni tərəfinin belə təhlükəli taktikalardan əl çəkməli və düşüncəli və qanuni yol seçməli olduğunu vurğuladı:

"Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək"

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan şəhidləri üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir və yaralılara tezliklə şəfa diləyir.

0