Ermənilərin Qaraqaya yalanı üzə çıxdı (FOTO)

SİYASƏT
15:47 / 13.07.2020
2863

Ermənilər Tovuz rayonunun Ağdam kəndinin yaxınlığında yerləşən Qaraqaya yüksəkliyinin 2018-ci ilin aprel ayında müşahidə kamerası ilə çəkilmiş görüntüsünü yeni imiş kimi mətbuatda yayımlayıblar.

HİT.Az xəbər verir ki, bu barədə hərbi ekspert Rəşad Süleymanov məlumat yayıb.

O bildirib ki, fotonu yeni görüntü kimi erməni mediasına təqdim edən Sam Mayilyan adlı erməni bloger kameranın ekran görüntüsündəki tarixi silməyi unudub.

Fotoda işarələnmiş yerə diqqət edəndə görüntünün 2018-ci il aprelin 12-də çəkildiyi aydın görünür.

Qeyd edək ki, ötən gün bəzi erməni sosial şəbəkə istifadəçiləri Qaraqaya postunun ələ keçirildiyini iddia etsələr də, Azərbaycan Müdafiə Nazirliyi hər hansı ərazi itkisi olmadığını açıqlamışdı.

0