Paşinyanın xanımının "sülh" çağırışına Novella Cəfəroğludan tutarlı cavab

SİYASƏT
20:42 / 13.07.2020
2150

Paşinyan Ermənistanda nüfuzunu itirib. Hazırda Rusiya da ona hörmət eləmir. Rusiyada olan ayrı-ayrı insanlar ona dəstək olsalar da, Kreml görür ki, Paşinyan öz çərçivəsindən çıxır.

Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O bildirib ki, Paşinyan öz millətinin başını qatmaq üçün Qarabağdan yox, məhz Tovuz istiqamətində təxribat törədib:

“Paşinyanın nüfuzu çox aşağıdır. Ona görə də Tovuz tərəfindən təxribata keçdi ki, özünü millətə göstərsin, yoxsa çalışırlar ki, onu oradan yox etsinlər”.

Şəhidlərimizin qurban getməsinə ürək ağrısı ilə münasibət bildirən Novella Cəfəroğlu Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın azərbaycanlı qadınları və anaları ölkələrinin hərbi-siyasi rəhbərliyinə hərbi əməliyyatları dayandırmağa, Azərbaycan və Ermənistan millətlərinin uşaqlarının həyatı üçün təhlükə yaratmamağa çağırışını oyunun bir parçası hesab edir: “Dünən cavanların ölməsinə, uşaqların yaralanmasına ürəyim ağrıdı. Mən istəmirəm ki, müharibə olsun. Çünki cavanlar ölürlər. Çox insan qışqırır ki, müharibə olsun. Evdə yol gözləyən analar övladlarının meyitini qəbul edəndə mənim də ürəyim yanır. Bizim cavan uşaqlar hamısı əsgərlikdədir, onlardan ötrü narahatam.

Bütün beynəlxalq təşkilatlarla, lazım olduqda Rusiya ilə də danışıqlara getməliyik ki, bizim torpaqlarımızı müharibəsiz qaytarsınlar.

Bunlar oyundur, Tovuz tərəfindən müharibəyə başlayan erməni tərəfidir, bunu hamı bilir. Hətta ruslar da deyirlər ki, Paşinyanın bu oyunu kimə lazımdır? Ermənistan özünü Rusiyadan kənarlaşdırmaq üçün bu addımı atır. Anna Hakopyanın bu müraciəti də oyunun bir parçasıdır. Biz də istəmirik uşaqlarımız ölsün, o zaman niyə müharibəyə başlayırsınız?”

2