Kreml Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verən toqquşmalardan dərindən narahatdır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib: "Ermənistan-Azərbaycan sərhəddində baş verən atışmalardan çox narahatıq. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs çərçivəsində öhdəliklərinə əməl etməyə çağırırıq".
O bildirib ki Rusiya Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli və danışıqlar prosesində vasitəçilik səylərini göstərməyə hazırdır.
"Bilirsiniz ki, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında telefon danışıqları baş tutub. Buna görə bir daha hər iki tərəfi təmkinli olmağa çağırırıq",- deyə Peskov bildirib.
Qafqazinfo.az