"Azərbaycan ordusu humanistlik edərək düşmən tərəfinin heç bir yaşayış məntəqəsini atəşə tutmayıb".
Bu sözləri cəbhə bölgəsinə ezam olunmuş müxbirinə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
O əlavə edib ki, yalnız və yalnız düşmən ərazisindəki hərbi təyinatlı vasitələrə atəş endirilir və onların sıradan çıxarılması istiqamətində tədbirlər həyata keçirilir.
Baku.ws