Ukrayna Xarici İşlər Nazriliynin Azərbaycan-Ermənistan sərhəddində baş verən döyüşlərlə bağlı bəyanatı rəsmi İrəvanın narazılığına səbəb olub.
Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba işğalçı ölkənin Xarici İşlər Nazirlyinə çağırılıb. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan rəsmi Azərbaycan-Ermənistan sərhəddində yaranmış gərgin vəziyyətlə bağlı rəsmi İrəvanın mövqeyini səfirin mövqeyinə çatdırıb. Koçaryan iyulun 12-dən etibarən sərhəddə gedən döyüşlərə görə Azərbaycanı ittiham edib.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi münaqişənin BMT-nin qətanmələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib.
Cebhe.info