Bu gecə Bakıda nə baş verdi? – Millət vəkili

SİYASƏT
12:00 / 15.07.2020
1543

Aksiya möhtəşəm idi. Dünya birliyi və düşmənlərimiz bir daha gördü ki, xalqımız heç vaxt işğalla barışmayacaq və xalqımız torpaqlarımızın azad olunmasını tələb edir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bu gecə Bakıda keçirilən ordumuza dəstək aksiyası haqda danışarkən deyib.

Q.Həsənquliyev bildirib ki, aksiya zamanı bəzi təxribatçılar insanların emosional durumundan istifadə edib, onları Milli Məclisin binasına daxil olmağa çağırdılar:

“Təəssüf ki, bu baş verdi və bir qrup gənc MM-in binasına daxil oldu. Amma təxribatçılar polisin qətiyyətli davranışı sayəsində binadan çıxarıldılar və tezliklə şəxsiyyətləri müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaqlar.

Yeri gəlmişkən iqtidarın və polisin son dərəcə təmkinli davarınışı aksiyadan öz çirkin məqsədləri üçün istifadə etmək istəyən təxribatçıların planlarını pozdu və bu xüsusi qeyd olunmalıdır. İkinci təəssüf doğuran məqam ondan ibarət oldu ki, həm Sumqayıtda, həm Bakıda aksiya iştirakçılarının mütləq əksəriyyəti tibbi maskalardan isifadə etmirdi və bir-birlərinə çox yaxın dayanmışdılar. Ölkədə hazırkı şəraitdə epidemiyanı yaymaq bizə ermənidən çox ziyan vura bilər. O xalqlar diplomatik və döyüş meydanlarında qalib gələ bilirlər ki, ən çətin şəraitdə belə qətiyyətli və soyuqqanlı olub özlərinə nəzarəti itirmirlər”.

0