Azərbaycanda FETÖ-dən əsər-əlamət qalmayıb – Türkiyə səfiri

SİYASƏT
20:25 / 15.07.2020
1204

FETÖ terror təşkilatı ölkə daxilində getdikcə zəiflədiyini görərək yeni bir strategiya dəyişikliyinə gedərək və ölkə xaricində fəaliyyətinə ağırlıq verməyə başladı. Bu səbəbdən Türkiyə xaricindəki ölkələrdə də FETÖ ilə mübarizə ötən 4 ildə daha böyük bir önəm qazanıbdır.

Bunu 15 iyul çevriliş cəhdi ilə bağlı keçirilən onlayn konfansda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir daha sonra deyib: “Bizlər Azərbaycanda FETÖ ilə mübarizənin böyük bir bacarıqla aparıldığını görməkdək məmnunluq duyuruq. Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə lap başlanğıcdan etibarən dəstək verib, daha çevriliş cəhdlərini gözləmədən addımlar atıb və çevriliş gecəsi də hörmətli Prezident İlham Əliyev hörmətli prezidentimizi arayan ilk liderlərdən biri olub. Bu baxımdan Azərbaycana şükran borcluyuq. Azərbaycan FETO ilə mübarizə məsələsində gerçəkdən də ayrı bir görəvə sahibdir. Çünki təşkilatın ölkə xaricindəki ilk təşkilatlanması Azərbaycandan başlayıbdır. İlk məktəbləri də Azərbaycanda açıblar. İlk iş adamları təşkilatlanmasını Azərbaycanda gerçəkləşdiriblər. Bu gün Azərbaycanda bunların heç birindən əsər-əlamət qalmadığını yaxından görürük. Bu, əlbəttə ki, iki ölkənin qardaşlığı, iki ölkənin bir millət olması sayəsində mümkün ola bilib.

Bizlər Türkiyə və Azərbaycan olaraq qarşı-qarşıya olduğumuz hər cür təhdiddə bir arada olduq. Hər cür təhdidə qarşı bir araya gəldik və bir-birimizə güc verdik. Necə ki, 1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycana gəldisə, Azərbaycan xalqı Qurtuluş Savaşında Anadoludakı qardaşlarına yardım etməkdən çəkinmədisə, 15 iyul gecəsi də Azərbaycan yanımızda oldu. Türkiyə olaraq Azərbaycanın yanında olduğumuzu hər vəsilə ilə, hər fürsətdə və hər səviyyədə dilə gətirdik. Son olaraq hörmətli prezidentimiz Türkiyənin bu məsələdə qərarlığını bir daha ifadə etdi”.

Erkan Özoral bildirib ki, bu gün FETO ilə mübarizədə çox önəmli 4 ili arxada qoymuş üzrəyik:
“Bu mücadilənin uğurlu olması əlbəttə ki, dövlətin göstərdiyi qərarlığının yanında türk millətinin əzmi sayəsində olub. FETO Türkiyədə 40 ildən çox bir müddətdə təşkilatlanmağa çalışıb və dövlətin ən incə damarlarına, ən incə quruluşlarına qədər girmiş və böyük bir alan yaratmağa müvəffəq olub. Ancaq FETO ilə mücadilə də onunla mübarizədən heç bir zaman çəkinməyən dövlətin məmurlarının sayəsində gerçəkləşib”.

Daha sonra Türkiyə səfirliyinin iç işləri müşavirləri Mehmet Tomruk və tuğgeneral Əli Dəmir 15 iyul çevriliş cəhdi zaman yaşanan hadisələr, FETO-çuların törətdikləri əməllər, güc strukturlarının FETO ilə mübarizəsinə dair detallı bilgilər veriblər.

0
Teleqraf.com