Tovuz döyüşləri və səngiməyən informasiya savaşı: Onların yalanı tezliklə ifşa olunur

SİYASƏT
19:10 / 15.07.2020
1006

“Çünki Ermənistanın yaydığı informasiyalar yalan üzərində qurulur və tezliklə ifşa olunur”.

HİT,Az xəbər verir ki bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər fonunda tərəflərin apardığı “informasiya savaşı”nı dəyərləndirən professor Qulu Məhərrəmli deyib.

Qulu Məhərrəmlinin sözlərinə görə, ölkənin müvafiq dövlət qurumlarının fəaliyyəti normal qiymətləndirilməlidir və cəmiyyət son döyüşlərin gedişatı ilə bağlı normal qaydada məlumatlandırılır:

“Azərbaycan tərəfi baş verən hadisələrlə bağlı ictimiayyəti davamlı məlumatlandırır. Əvvəlki dövrlərlə müqayisədə, hazırda informasiyaların ötürülməsi intensiv və çoxşaxəlidir.Artıq cəmiyyət gedən döyüşlərin nəticəsi barədə dəqiq məlumat alır.

Bununla yanaşı, sosial şəbəkələrdə mənbəyi məlum olmayan informasiyalar da yayılır. Bu vəziyyətin qarşısını almaq üçün Müdafiə və Daxili İşlər nazirlikləri, dövlət təhlükəsizliyinə cavabdeh qurumlar ciddi mübarizə aparmalıdır. Vətəndaşlar da dəqiq xəbərləri dezinformasiyalardan ayırmağı bacarmalı və rəsmi məlumatlara üstünlük verməlidirlər”.

Qulu Məhərrəmlinin fikrincə, son döyüşlər Azərbaycanın zəruri informasiya savaşını kifayət qədər səriştəli apardığını söyləməyə əsas verdi:

“İnformasiya savaşı jurnalistikadan kənar bir situasiyadır və bu məsələ ilə xüsusi mütəxəssislər məşğul olurlar. Qeyd olunmalıdır ki, informasiya savaşı ilə bağlı ən böyük təcrübəyə Rusiya və Çin malikdir.

Artıq bütün dünyada kiberhücumlar o dərəcədə geniş yayılıb ki, bunun texnologiyası da açıq şəkildə göstərilir. Azərbaycandan fərqli olaraq, Ermənistan informasiya savaşında xeyli zəifdir. Ermənistanın informasiya savaşında üstün olması yanlış düşüncədir. Çünki Ermənistanın yaydığı informasiyalar yalan üzərində qurulur və tezliklə ifşa olunur”.

 

0