“Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün indi də Türkiyəyə qarşı riyakar bir qaralama kampaniyasına başlayıb”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilib. Qeyd olunur ki, Azərbaycan torpaqlarında uzun illərdir qeyri-qanuni işğal həyata keçirən Ermənistanın bu ikiüzlü siyasəti, Cənubi Qafqazda əbədi sülh və barışın bərqərar olmasına kimin əngəl törətdiyini açıq və dəqiq olaraq göstərir:
“Kontekstdən kənar bu cür ittihamlar və iftiralarla xarici siyasət aparmaq nə bölgəyə, nə də Ermənistana xeyir gətirir. Bu cür yanaşma kimliyini təktərəfli tarix anlayışından sadəcə düşmənçilik çıxararaq yaradan və beynəlxalq hüquqa zidd təcavüz siyasətini qanuni göstərməyə çalışan bir zehniyətin təzahürüdür. Təcavüzkar milliyətçiliyi alovlandıran bu şikəst yanaşma üzücüdür, ancaq təəccüblü deyil. Ermənistan hakimiyyətininin ağlını başına almaları, Cənubi Qafqazda problemlərin deyil, həll yollarını parçası olmağı bir an öncə öyrənmələri lazımdır”.