Rusiya Ermənistan və Azərbaycan arasındakı mövcud gərginliyin aradan qaldırılması üçün hər fürsətdən istifadə edəcəkdir.
Bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko TASS-a verdiyi müsahibəsində deyib.
"Sizi əmin edə bilərəm ki, mövcud sərhəd münaqişəsini deyil, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasındakı münasibətləri həll etmək üçün Rusiya diplomatiyasının, xalq diplomatiyasının ən yaxşı nüumunələrini göstərəcəyik. Rusiyanın belə imkanları var, biz onlardan dəfələrlə istifadə etdik, o cümlədən 2016-cı ildə Dağlıq Qarabağ ətrafında baş verən döyüşlər zamanı. Əminəm ki, bütün imkanlarımız istifadə ediləcəkdir " Rudenko deyib.
Avropa.info