Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir.
Bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusu təxribata cavab verir: "Azərbaycan cəmiyyəti həmrəydir, yekdildir. Azərbaycan xalqı Ermənistanını işğal etdiyi torpaqlar azad edilməlidir. Beynəlxalq təşkilatıar Erməbistana təzyiq göstərmədiyindən bu təxribatlar davam edir.
Azərbaycan xalqının həmrəyliyinə kölgə salmaq istəyənlər təxribatlara əl atmağa başlayıb. Həmin şəxslər də layiqli cavab verəcəklər. Azərbaycan gəncləri orduya geymək üçün şüarlar səsləndiriblər. Bildirim ki Azərbacan Ordusu tam komplektləşdirilib və düşnmənə lazımi cavab verir. Ermənistanda orduya olan inam aşağı səviyyədədir, orda şəxsi heyətin komplektləşdirilməsində problem var. Hətta Ermənistan ordusunda muzdlu şəxslər xidmətə cəlb edilir.
Azərbaycan gənclərinin vətənpərvərliyi dövlət tərəfindən də yüksək qiymətləndirilir. Dövlət başçısı bəyan etdi ki, kim istəyirsə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilər, orada təlimlərə cəlb edilə bilər. Əgər ehtiyac olatsa xidmət onları komplektləşdirilə biıər. Bu prosesdə möhtəşəm bir sistem qurulub. Gənclərimizin bu həvəsi yüksək qiymətləndirilir. Əgər ehtiyac olarsa, həmin şəxslər orduya çağırıla bilərlər