Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki deputatı Ruhulla Həzrətpur İran Dövlət Televiziyasında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin “erməni əraziləri” adlandırılmasına etiraz edib.
Həzrətpur İran Dövlət Televiziyasının sədri Əbdüləli Əsgəriyə etiraz məktubu göndərib.
O, məktubunda məlum proqramdakı yanaşmanın tarixi, siyasi və sosial reallıqdan uzaq olduğunu bildirib: “Qarabağ müsəlman bölgəsidir və elə olacaq.
Millət vəkili İran dövlət televiziyasından Qarabağdan didərgin düşmüş azərbaycanlılara münasibətdə fəallıq göstərməsinin gözlənildiyini vurğulayıb.
Həzrətpur daha öncə Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlara münasibət bildirmişdi. Ermənistanı xarici ölkənin əlaltısı adlandıran millət vəkili qeyd etmişdi ki, regionda sülh və sabitliyi pozan rəsmi İrəvandır.
O, həmçinin Ermənistan rejimini yağı və işğalçı adlandıraraq, Qarabağın Ermənistanın işğalında qalmayacağını demişdi.
Teleqraf.com