Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfərə gedib.
O, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.
Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub.
Türkiyə Müdafiə naziri, ordu generalı Hulusi Akar deyib ki, Ermənistan təxribatçı davranışlarının əvəzini ödəyəcək
General Azərbaycana qarşı təxribata əl atan Ermənistanın türk ordusuna cavab verəcəyini bildirib: “Ermənistan qurduğu tələyə özü düşəcək, bu tələnin altında qalacaq və mütləq etdiklərinin hesabını verəcək. Türkiyə Silahlı Qüvvələri nə lazımdırsa, onu edəcək”, - Hulusi Akar deyib.
Teleqraf.com