Azərbaycan Respublikasının 9-cu Baş Naziri olmuş Novruz Məmmədov yeni Xarici işlər nazirinə dəstək verib, ona uğur arzu edib.
Banker.az bildirir ki, o bununla bağlı öz "Facebook" səhifəsində yazıb:
“Vətənpərvərliyini, peşəkarlığını, prinsipiallığını və şəxsiyyətini nəzərə alaraq Xarici İşlər naziri Ceyhun Bayramovun qarşısında duran çətin, lakin şərəfli vəzifələri yüksək səviyyədə ləyaqətlə yerinə yetirəcəyinə inanıram”.