General Yaşar Əliyevə Prezident Adminstrasiyasında vəzifə verildi

00:35 / 16.05.2020
1642

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub. 

APA-nın məlumatına görə, bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib. 

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir. 

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 

0
Oxu.az