SİYASƏT
10:41 / 10.05.2020
1684

“... Onda Azərbaycandakı bütün icra başçılarını həbs etmək lazımdır”

“Bu 3 ay ərzində insanlar çox əziyyət çəkdilər,190 manata ehtiyacı olanların nə qədər olduğu üzə çıxdı”

YAP-ın qurucularından - məşhur “91”lərdən biri,professor Əli Əlirzayev pandemiyanın yaratdığı yeni şərait və ölkədə gedən kadrislahatları ilə bağlı Moderator.az-ın suallarını cavablandırıb.

-Əli müəllim, pandemiyanın dünya iqtisadiyyatına təsiriartıq göz önündədir. Bir iqtisadçı alim kimi, dünyanın iqtisadi mənəzərəsi vəbunun Azərbaycana təsirləri barədə siz nə düşünürsünüz?

-Pandemiya dünyanın qarşısında artıq bir faktaçevrilib. Onun hansı ölkədə az, hansında çox olmasından asılı olamyaraq bu birbəlaya çevrilib. Biz hər zaman qloballaşma şəraitində yaşamağımızla fəxr etsəkdə, onun da iki tərəfi var. İlk növbədə, qloballaşma elə bir prosesdir ki,ondan kənarda qala bilmərsən, iqitsadi əlaqələr və inteqrasiya olmalıdır. Digərtərəfdən, onun mənfi tərəfi də var ki, bax, bu, özünü bu pandemiyanın təzahüründəgöstərir. İstər-istəməz nəqliyyat əlaqələri kəsildi, turizm sektoru dayandı,bütün bunlar hamısı onun nəticələridi. Bəzən pandemiyanı müharibə ilə müqayisəedirlər, o, müharibədən də dəhşətli bir hadisədir, ona görə ki, görünməyən birbəladır və necə olacağını da proqnozlaşdırmaq çətindir. Pandemiyanın nəticələrinihəm siyasi, həm də sosial-iqtisadi baxımdan izah edirlər və biz gündəlikbunları izləyirik. Bəzi ölkələr bundan sui istifadə edərək əlavə dividentlərqazanmağa çalışır və sair. Ona görə də pandemiyanın müxrəlif ölkələrdə müxtəliftəsirləri üzə çıxır.

Azərbaycan da elə bir məkanda yerləşir ki, tranzitölkədir. Azərbaycanın iqtisadiyyatında da kənd təsərrüfatının müxtəlif sahələri,turizm və s. istiqamətlər idxalla bağlıdır. Buna göər də onun bizimiqtisadiyyatımıza da təsiri qaçılmazdır. Bu nə qədər olacaq, onu zaman göstərər.Pandemiyanın insan itkisi olmaqla yanaşı, iqtisadi itkiləri daha çox olur. Azərbaycaniqtisadiyyatına da vu zərbələr dəyir. Təkcə dövlət hesabına hələ ki, 3,5milyard manat yardım paketi ayrılıb. Bu, özü itkidir. Əhalinin sosial vəziyyətinədə pis təsir göstərdi. İnsanları da qınamaq olmur, çünki işləməyəndə vəziyyətləridaha da ağırlaşa bilər.

Ümumi dinamikanı qiymtələndirərək demək olar ki, bu3 ay ərzində insanlar çox əziyyət çəkdilər.190 manata ehtiyacı olanların nə qədərolduğu üzə çıxdı.

-Daha az zərərə düşmək üçün nə etmək lazımdır?

-Bundan sonra gələcəyi düşünmək lazımdır. Hələ heçkim də dəqiq deyə bilmir ki, pandemiya nə qədər çəkəcək, nə vaxt yox olacaq.Ona görə də proqnoz vermək çətindir. Azərbaycan iqtisadiyyatında təbii ki,ümumi daxili məhsul (ÜDM) azalacaqdır. 1-ci rübə görə artıq 1 faiz azalma olub.

Bundan başqa, bizdə turizm sektoru inkişaf edirdi,ona ciddi təsir edəcək. Türizm obyektləri istifadəsiz qalacaq, nə qədər insanişsiz qalacaqdır. Bütün bunların nəticəsində zərərlər çox olacaq.

-Neftin qiyməti də xeyli ucuzlaşıb. Bizim iqtisadiyyatımızneftdən xeyli dərəcədə asılıdr. Bu barədə düşüncəniz nədir?

-Mən əvvəllər də bununla bağlı fikrimi bildirmişəm. Sonralarneftin istehsalı ilə bağlı verilən qərarlar mənim fikirlərimi də təsdiq etdi. Mənhələ bir neçə ay öncədən deyirdim ki, neftin istehsalı azaldılmalıdır. Doğrudur, o da asan proses deyil, bunun da zərərli tərəflərivar. Ancaq başqa yol yoxdur. Ona görə də düşünürəm ki, neftin emal sahəsini dəgenişləndirmək lazımdır. Bu, iş yerlərini qorumağa da imkan verər. Ancaq bu dainvestisiya və vaxt tələb edir.

İndi Azərbaycanda ikitərəfli problem yaranıb. Bir tərəfdənpandemiyanın iqtisadiyyatın bütün sahələrində yaratdığı problemlər. Digər tərəfdəndə neft ölkəsi kimi neftin qiymətinin düşməsindən yaranan çətinlik. Bizimiqtisadiyyatımızın neftdən asılı olduğunu inkar etmək doğru olmaz. Neftinolması əslində çox yaxşı haldır, amma ondan düzgün istifadə etmək vacibdir.

Belə vəziyyətdə nə etmək lazımdır? Mən düşünürəm ki, bizinvestisiya qoyanda elə sahələrə qoymalıyıq ki, onlar daha tez gəlir gətirsin,nəinki 5-10 il sonra. Məsələn, kənd təsərrüfatının müxtəlif sahələrinininkişafına diqqət edilməlidir. Pambıqdansa, biz taxıl istehsalını artırmalıyıq.Çünki bundan sonra necə olacağını bilmirik, idxal zəifləyə bilər. Elə vəziyyətyaranar ki, biz heç kimdən bu məhsulları ala bilmərik. Ona görə dəresurslarımızdan düzgün istifadə etməliyik. Yaranmış iqtisadi böhranın yaxın bir-iki ildə düzələcəyinigözləmək olmaz. Ancaq bizim bir üstünlüyümüz var ki, neftdən yaranmışehtiyatımız kifayət qədərdir. İnvestisiyalar istehsal sahələrinə qoyulmalıdır. Kreditlərdə istahlakdan daha çox özünüməşğulluq sahəsinə verilməlidir.

-Əli müəllim, siz də parlamentdə təmsil olunmusunuz.İndi ölkədə xeyli dəyişikliklər baş verir. Yüksək mövqeli məmurlar rüşvət vəkorrupsiyaya görə həbs edilirlər. Bu hadisələri necə qiymətləndirirsiniz?

-Mən parlamentdə iki çağırış təmsil olunmuşam. Bir dəfəmüstəqil şəkildə, bir dəfə də YAP-ın xətti ilə. Bundan sonra üç dəfə də seçkilərdəiştirak etmişəm, ancaq parlamentə düşə bilməmişəm.

Məsələ ondadır ki, Azərbaycanda korrupsiya və rüşvətəqarşı Heydər Əliyev də mübarizə aparırdı. Hələ Sovet dövründə onun bu siyasətiSSRİ-də böyük reaksiya doğurmuşdu. Sosializm dövründə hesab olunurdu ki, osistemdə rüşvət və korrupsiya ola bilməz. Amma az da olsa var idi, gizliiqtisadiyatda var idi.

İndi də Azərbaycan Prezidenti bu istiqamətdə mübarizəaparır. Mən hələ Milli Məclisdə olanda təklif edirdim ki, gəlirlərindeklorasiyası qanununu qəbul edib tətbiq etmək lazımdır. Qoy kimin nə qədər gəlirivə xərci varsa, onu hamı bilsin, şəffaf olsun. O zaman çoxları bunu başadüşmürdülər və etiraz edirdilər. İndi sual yaranır ki, bu məmurlarda bu qədərpul haradan ola bilər. Sistem elə olmalıdır ki, buna imkan olmasın.

-Görülən tədbirlər, bu həbslər effektli olacaqmısizcə?

-Düşünürəm ki, mübarizə yalnız bu metodla aparılsa, lazım olan effekti verməyəcəkdir. Bu metodla olsa, onda Azərbaycandakı bütünicra başçılarını həbs etmək lazımdır. Onların hamısı demək olar ki, eyniprinsiplə işləyir. 16 il bir adam icra başçısı olub, onun cinayətləri indiaçılır. Bu, olmalı idi o ilk işlədiyi illərdə, heç olmasa bir neçə il bundan əvvəl.Necə olur ki, bütün ictimaiyyət bunu bilir, illərlə danışır, ancaq indi üzəçıxır. İnsanları vəzifəyə qoyarkən onu ciddi və hərtərəfli araşdırmaq lazımdır.Dövlət əmlakını qoruyan adamları vəzifəyə qoymaq lazımdır.

Bu dövlətin apardığı siyasətdir, ancaq bunu daha əvvəletmək lazım idi. Niyə onlara bu qədər səlahiyyət veirlirdi ki, hətta deputatseçkilərinə də müdaxilə edirdilər. Ona görə də bu mübarizə metodunun özümübahisəlidir.

Ən pisi də odur ki, bizim məmurların etdiyi rüşvət və korrupsiya əməliçox eybəcər haldadır, ən primitiv formadadır. Sən bir bax gör kimin pulunuyeyirsən? 190 manata ehtiyacı olan bir adamın? Belə insanların puluna göz dikənadamlardan heç vaxt dövlətə, millətə xeyir gəlməz. İndi dövlət başçısı bu məsələdə qətiyyətli mövqe qoyub ortaya. Bunu alqışlamaq lazımdır. Amma adam xaricə gedəndə utanır. Soruşurlar ki, necə oldu sizdə elə bu icra başçıları hamısı belə oldu?

Kadrları yalnız xaricdə təhsil alıb deyə müəyyənləşdirmək düzgün deyil. Kadr siyasəti özü mürəkkəb bir işdir. Kadrları təyinedərkən bu insanları ciddi araşdırmaq və öyrənmək vacibdir. Açıq demək lazımdırki, indi məmurların böyük əlsəriyyəti belədir. Bir adam ki, rüşvət verib vəzifəyəgəlir, o, rüşvət alacaq. Başqa yolu yoxdur. Ona görə də bunun kökünü kəsməklazımdır. Mən univeritetdə dərs deyirəm. Mənim rektorum rüşvət alırsa, mən dəalmalıyam. Nazir alırsa, rektor da almalıdır. Bu belə mərhələli bir prosesdir.

Əsas odur ki, əvvəldən kadrların getdiyi yola diqqətedəsən. Pula nə qədər hərisdir, ya yox. O gün bir yoldaş mənə deyir, dəhşətə gəlirəm.İnsan da 6 min dollarlıq kostyum geyinərmi?! Mən heç ömrü boyu üst-üstə gəlsənbu qiymətə kostyum geyməmişəm.

-Hər halda dəyişikliyin olacağını gözləmək olar...

-Biz xalq kimi bütün bu prosesdə iştriak etməliyik.Milli mənafe öndə olmaldır. Xalqa xeyir vermək üçün gərək özünün təmizliyiniqoruyasan. İctimai fikri düzgün qiymətləndirmək lazımdır.

Taleh

0
Moderator.az