2020-ci il iyulun 12-dən 16-na qədər Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar nəticəsində Ermənistanın tərəfinin itkilərinin bir hissəsi məlum olub.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu "Joğovurd" nəşri yazıb.
Nəşr bildirib ki, ilkin məlumatlara görə, 36 erməni hərbi qulluqçu müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, Ermənistanın hərbi və siyasi rəhbərliyi yaralı və itkilərinin sayını gizlətməyə davam edir.