"PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”
HİT.Az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.
O, Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə nazirinin digər müavini, Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüş keçirib.
Görüş barədə sosial şəbəkə hesabında məlumat paylaşan İ.Dəmir qeyd edib: “İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik".