Niyə İrəvan KTMT-yə rəsmi müraciət etməyib?

SİYASƏT
21:15 / 17.07.2020
1494

İyulun 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalara toxunaraq bəyanat yayıb. “Bu vəziyyət iki qonşu dövlətin sərhəd vəziyyətinin nizama salınmasına töhfə vermir, onlardan biri KTMT-nin üzvü ölkəsi olan Ermənistandır. KTMT-nin məsuliyyət zonasında atəşkəs rejiminin bərpa edilməsi zərurətini vurğulayırıq”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, bu bəyanat müxtəlif siyasi dairələr tərəfindən manipulyasiyalara səbəb olub. Bir çoxları iddia ediblər ki, Ermənistan KTMT üzvü olduğu üçün təşkilat Azərbaycana atəşi dayandırmağı çağırış etməli idi.

Təşkilatın nizamnaməsinə görə, KTMT üzvü olan ölkələrdən hər hansı birinə qarşı təhlükə halında bu dövlət yardım xahişi ilə təşkilata müraciət etməlidir, lakin rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyib.

Bundan əlavə, qeyd etmək lazımdır ki, KTMT-nin Azərbaycan-Ermənistan sərhəd gərginlikləri ilə bağlı bəyanatları həmişə neytral olub və daim hər iki tərəfə çağırış ünvanlayıb.

Görünür Ermənistan KTMT-nin dəstək verməyəcəyindən narahatdır.

 

0
Ordu.az