Erməni hərbiçi rusiyalı jurnalistin sualını cavablandırarkən ölkəsinin yalanını öz dili ilə ifşa edib.
Bu barədə “İTV Xəbər”də məlumat verilib.
Belə ki, bir neçə gün əvvəl erməni hərbiçi Ermənistanın Müdafiə naziri David Tonoyana istinadən iki postunun ələ keçirildiyini və 17 əsgərin öldürülməsi ilə bağlı paylaşım edib.
İctimai TV-nin əməkdaşı çəkliş zamanı həmin əraziyə çıxaraq ” baxın, bura bizimdir, buranı düşmən ələ keçirməyib”, deyə düşmənin yalanını ifşa edib.
Rusiyalı jurnalist canlı yayımda erməni hərbiçisinə bu məsələ ilə bağlı sual ünvanlayıb və düşmən hərbiçisi suala cavab verərkən yalan məlumat yaydıqlarını öz dili ilə etiraf edib.
Bununla da onların özləri haqqında şişirdilmiş və yalan iformasıya yaymaqla erməni ictimaiyyətini aldatdıqları üzə çıxıb.
Daha ətraflı videodan izləyin: