Yerevanda Azərbaycan Himninin səslənməsi erməniləri şoka saldı - VİDEO

SİYASƏT
12:30 / 18.07.2020
3178

İşğalçı Ermənistanın bəzi məkanlarında Azərbaycan Himni səsləndirilib.

HİT.Az xəbər verir ki, himni səsləndirən Azərbaycan vətəndaşı Rəşad İbrahimov bu barədə Modern.az saytına danışıb.

İnformasiya texnologiyaları üzrə mütəxəssis olduğunu deyən R.İbrahimov bildirib ki, sosial mediada ermənilərin bizim internet resusurslarına haker hücumları haqda məlumat aldıqdan sonra o da Ermənistanın informasiya texnologiyaları sisteminə adekvat cavab verməyə çalışıb.

“Mən də düşmənə mənəvi və pisixoloji zərbə vurmaq qərarına gəldim. Bunun üçün də düşmən ölkənin kafe,  restoran və dövlət idarələrinin təhlükəsizlik kameralarına daxil olub Azərbaycan Himnini səsləndirdim”.

R.İbrahimovun sözlərinə görə, düşmən ölkənin vətəndaşları Azərbayacan himnini öz məkanlarında eşidəndə təəccübləniblər:

“Qeydə aldığım kadrlardan da göründüyü kimi, qadınlar məkanı tərk edirlər, kişilər isə çarəsizcə kameraya baxırdılar”.

Müsahibimiz deyib ki, dünəndən etibarən onun şəxsi hesabını sındırmaq üçün düşmən ölkədən hücumlar başlayıb.

 

1