Ermənistan MTX-də istefalar davam edir

16:36 / 18.07.2020
1387

İyulun 4-də Ermənistanın “Hraparak” nəşri yazıb ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin vəzifəli şəxsləri ərizə yazıblar. Nəşr qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətindən yeni axın dalğası başlayıb. Ermənistan MTX-nin direktor müavini, daxili siyasi təhlükəsizlik məsələlərini koordinasiya edən Robert Bazikyan işdən çıxma barədə ərizə yazıb.

Konstitusiya sisteminin qorunması və terrorizmə qarşı mübarizə departamentinin rəhbəri Narek Poğosyan da onunla birlikdə ərizə yazıb. Bu departamentin işləri Bazikyanın koordinasiyası altında olub. Bu vəzifələr Ermənistan MTX-nin ən vacib vəzifələri hesab olunur.

Nəşrin məlumatına görə, Ermənistan MTX-nin işçilərinin axını bununla bitməyəcək və zəncirvari reaksiya gedəcək.

İyulun 17-də məlum olub ki, Ermənistan MTX-dən yeni müraciətlər var. Xüsusən, Ermənistan MTX-nin Armavir idarəsinin rəisi olan Artur Daşyan da işdən çıxma ərizəsi yazıb.

0
Ordu.az