Əhməd bəy Ağayev (Ağaoğlu) 1869-cu ildə Şuşada anadan olub. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında alıb. 1888-ci ildə Parisə gedib.Parisdə hüquq məktəbini və Sorbonna Universitetini bitirib. 1894-cü ildə Bakıya qayıdıb, 1905-ci ildə Difai Təşkilatını yaradıb. 1905-ci ilin dekabrından “İrşad” qəzetini nəşr edib. Sonradan təqib edildiyindən Türkiyəyə gedib.
Ə.Ağaoğlu 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi Azərbaycana gəlib. O, Zəngəzurdan Azərbaycan Parlamentinə üzv seçilib.
Ə.Ağaoğlu 1919-cu ilin yanvarında Azərbaycan Nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına göndərilsə də, İstanbulda ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün edilib.
Ə.Ağaoğlu sonradan Türkiyədə yaşayıb. Ə.Ağaoğlu Türkiyədə olduğu dövrdə çox önəmli vəzifələrdə çalışıb.O, Mətbuati-ümumi müdiri, Türkiyə Böyük Millət Məclisinin üzvü(Qars bölgəsindən), yarı-rəsmi “Hakimiyyəti-milliyə” qəzetinin baş redaktoru, Ankara Hüquq Məktəbinin professoru, Atatürkün istəyi ilə yaradılmış Sərbəst Cümhuriyyət Partiyasının əsas rəhbərlərindən olmuşdur.
Ə.Ağaoğlu 1939-cu ildə vəfat edib.
1897-ci ildə Azərbaycanın tanınmş mütəfəkkiri Əhməd bəy Ağayev H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəldikdən sonra Bakı Ali Ticarət Məktəbində fransız dili fənnini tədris edir və “Kaspi” qəzetində əmək¬daşlığa başlayır. Bu dövrdə o, daha çox islam dini ilə bağlı məqalələr yazır, “Kaspi”də çap etdirir. Özünün məşhur “Maariflənmə ehtiyacları” məqaləsində o, İs¬la¬mın tarixinə, İslamın elmə, maariflənməyə və in¬kişafa münasibətini açıqlayır, ciddi təhlillər aparır (1900, N225).
Bu dövrdə Ə.Ağayev “Kaspi” qəzetində çox də¬yərli yazılar çap etdirir: 1) “Azərbaycan-tatar dilində qəzetin vacibliyi”(1900, N262), “Şərqdə mətbuat mə-sələləri” (1900, N128).
Onun 1899-cu ildə “Kaspi”də çap edilən (N262) “Şərqdə jurnalistikanın icmalı” yazısı çox aktual və dəyərlidir. 1901-1903-cü illər arasında qəzetin demək olar ki, hər sayında onun bir-birindən aktual, maraqlı, düşündürücü, həm də əksər hallarda ictimai fikri hə¬rəkətə gətirən, oxucuları laqeyd buraxmayan məqalə¬ləri çap olunurdu. Yaradıcılığında geniş elmi erudi¬siyanı, zəngin tarixi bilikləri və jurnalist məharətini bacarıqla birləşdirən Ə.Ağaoğlu bu dövrdə islam bir¬liyi və müsəlman xalqlarının ictimai tərəqqisi ideyasının qızğın tərəfdaşlarından biri kimi çıxış edir¬di. 1904-cü ildə “Kaspi” mətbəəsində onun “İslam və Axund” adlı sərt polemik ruhda yazılmış kitabçası çap olunmuşdu.
Bununla yanaşı Əhməd bəy Ağayevin “Kas¬pi”dəki fəaliyyəti dövründə diqqətini çəkən başqa mühüm məsələlərdən biri də müsəlman qadınlarının cəmiyyətdəki rolu, onların hüquq və azadlıqlarının qo¬runması ilə bağlı idi. Müəllifin rus dilində qələmə aldığı “İslama görə islamda qadın” adlı bu gün də islam ölkələri üçün aktuallıq və əhəmiyyətini itirmə¬yən kitabı çap olunmuşdu.
Əhməd bəy Ağayevin fikrincə, milli kimliyini dərk etməyən, tarixi irsinə sahib çıxmayan xalq yalnız dini mənsubiyyətə əsaslnaraq mövcudluğunu sübut edə və qoruyub saxlaya bilməz. Bu mənada mənsub olduğu xalqın milli özünüdərkinə və oyanışına yardım Ə.Ağayevin ictimai-siyasi və publisist fəaliyyətinin əsasını təşkil edirdi.
Əhməd bəy Ağayev “Peterburqa səyahətimdən nə nəticə çıxartdım?” sərlövhəli irihəcmli məqaləsi ilə yanaşı “Kaspi” qəzetində dərc olunmuş “Şərq jurna¬listi¬kasının icmalı” əsərində yazırdı: “Uzun müddətli Avropa sivilizasiyasına yabançı olmuş Şərq son 20-30 ildə bu sivilizasiyanı qəbul edir, onu məktəblər, hö¬kumət idarələri və ticarət-sənaye fəaliyyətinin forma¬ları şəklində özünə tətbiq edir; bütün bunları bəzi yerlərdə elə həmin Avropanın təzyiqi altında, Avropa sivilizasiyasının üstünlüklərini təcrübədə çətin sınaq¬lar-dan keçidikdən sonra, bəzi yerlərdə isə könüllü şəkildə edilirdi; lakin Avropa sivilizasiyasının bütün formalarından müsəlman Şərqinə ən çox çətinliklə nüfuz edən jurnalistika və mətbuatdır. Bu ona görə deyildir ki, müsəlmanlar mətbuatın və jurnalistikanın vacibliyi və zəruriliyini hələ başa düşmürlər, əksinə... mütərəqqi adamlar onu daim təbliğ edir, dövlətin və xalqların həyatında mətbuatın və jurnalistikanın va¬cib¬liyi və zəruriliyi barədə uca səslə danışmaqdan yorulmurlar”.
Bununla yanaşı Əhməd bəy Ağayev “Kaspi”də dərc etdiyi zəngin tarixi faktlarla ümumi düşmənə qarşı türk və islam xalqlarının birliyi ideyasını ardıcıllıqla müdafiə edirdi. O, yazırdı: “Hindistanın, İra¬nın, Türkiyənin, Misirin müsəlman mətbuatını nə¬zər¬dən keçirin. Yuxarıda İranın mətbuatını ke¬çirdi-yimiz kimi. Bu ölkələrdə hətta Afrikaya da eyni ruh, eyni motiv hakimdir. Bu, mədəni birliyə, maarifə ça¬ğırış ruhudur. Onlar xilafətə istinad edir, xilafət dövrünün mədəni inqilabına daya¬naraq avropalılığın müsəlman mühitinə gizli nüfuz etməsinin qarşısını almaq istəyirlər. Hindistan müsəlmanları seçkili nü-ma¬yəndələrinin yığınca¬ğında bundan sonra türk fəsi qoymaq, bayram günləri evlərini türk bayraqları ilə bəzəmək haq¬qında qərar çıxarır, Misirin və Afrika ölkələrinin ərəb mətbuatı Türkiyəni müdafiə edən yazılarla çıxış edirlər. Afrika şeyxləri öz qəbirləri ilə bir¬likdə könüllü şəkildə türk təbəəliyinə keçirlər...”
Türklük məfkurəsinə yüksələn Əhməd bəy Ağa¬yev haqqında Yusif Akçura belə deyirdi: “O, Şeyx Cəmaləddin Əfqani kimi bütün müsəlmanların, hətta bütün şərqlilərin həyat, xoşbəxtlik, müstə¬qillik və gələcəyi qayğısı ilə bir neçə mərhələdən keçərək Türk Millətçiliyi fikrinə varmışdır”.
Əhməd bəy Ağayev hələ 1903-cü ildə Bakıda “Kaspi” qəzetində millətçiliklə bağlı düşüncələrini “Bi¬¬zim Millətçilər” adlı məqalələrində qələmə almış¬dı: “Millətçilik hörmətə layiq, möhtəşəm bir ha¬di¬sədir. O, hər bir xalqın həyatında labüddür. Mən¬cə, bəşəriyyətin təkamülü tarixində insan qəlbinin dündən sonra ikinci böyük məbədi millətçilikdir. Millətçilik, tarix boyu misilsiz hünərlər qoymalı olmuş və olacaqlar deyə düşünməkdəyəm”.
Bəs Ə.Ağayev “Kaspi”dəki yazılarında hansı problemlərə başlıca olaraq toxunurdu? Onun yazıları mövzu dairəsinə görə çox müxtəlif və aktual idi. Onun araşdırdığı problemlərə diqqət edək:
1. Milli şurun oyanması.
2. Mətbuatın inkişafı vacibliyi.
3. Bakı nefti uğrunda mübarizə.
4. Din, təriqətlər.
5. Qadın azadlığı.
6. Əlifba məsələsi.
7. Müsəlman xalqlarının vəziyyəti və s.
Bu yazılarında Ə.Ağayevin yalnız bir məqsədi vardı: xalqı gerilik və cəhalətdən xilas etmək, onun hərtərəfli inkişafına imkan yaratmaq.
Qadınların maariflənməsi də Ə.Ağayev publi¬sis¬tikasının əsas mövzularından olub. Onun “Bizim ibti¬dai məktəblər”, “Müsəlman qadınının emansipasi¬yasına dair”, “Müsəlman dünyasında qadın təhsili” və digər məqalələrində qadınların təhsili, maariflənmə¬sinin vacibliyini önə çəkir.
Qəzetlərdə nəşr edilən “Müsəlman qadınları üçün yeni məktəb” məqaləsində o, Tiflisdə üç savadlı azərbaycanlı qadının məktəb açdığını qeyd edən ədib, bu fəaliyyətdən məmnun qaldığını bildirir.
Ə.Ağayevin cəmiyyətlə mətbuatın qarşılıqlı əla¬qələrini verən yazıları da diqqət çəkir. Bu mövzuda onun yazdığı “Şərqdə jurnalistikaya bir nəzər” və “Şərq jurnalistikasının icmalı” yazıları çox aktualdır. Ə.Ağayev qeyd edir ki, mətbuatın bir ölkədə inkişaf etməsi əhəmiyyətli hadisə sayılsa da, Şərqdə biz bunu görmürük. Burada qanunların yoxluğu, yaxud real həyatda olmaması, eləcə də mövcud despot rejimi mətbuatın inkişafını əngəlləyir.
Ə.Ağayev “Şərq jurnalistikasının icmalı” məqa¬ləsində isə dövrü mətbuatın tanınmış xadimi olan Se¬yid Cəmaləddinin xidmətlərini yüksək qiy¬mətləndirib yazırdı: “Əvvələn onu qeyd edək ki, müsəlmanlar ara¬sında dövrü mətbuatın banisi və atası, haqlı ola¬raq Şərqin tanınmış siyasi xadimi Seyid Cəma¬ləddin he¬sab edilə bilər. Doğrudur, ondan əvvəl də “əsl” mətbuat yaratmaq üçün cəhdlər göstərilmiş və hətta bəzi mətbu orqanlar mövcud olmuşdur. Lakin bu cəhdlərin əksəriyyəti ya uğursuzluqla bitir, ya da jurnalistikanı yaxşılaşdırmaqdan daha çox onu pisləşdirən, heç bir əhəmiyyəti olmayan efemer nümunələr yaranmasına gətirib çıxarırdı. Aşağıda İran mətbuatı barədə söhbət açanda hə¬min nümunələrlə tanış olacağıq. Seyid Cəmaləddin müsəlmanlar arasında birinci olaraq mətbuatı onun həmişə və hər yerdə layiq olduğu zirvəyə ucaltmışdır. O, öz sözünün tutarlılığı, qələminin kəsərliliyi sayəsində müsəlmanlara ilk dəfə olaraq başa saldı ki, vicdanlı və ciddi jurnalist “mənfur cənnət” deyil, ictimai fikrin və ictimai vicdanın daşıyıcısıdır. “Volens nolenş” onun səsini eşitməli və əməl etməlidir” (“Kaspi”, 1899, N 262).
Qeyd edək ki, Ə.Ağayev “Kaspi”də çalışarkən bədii yaradıcılığa da müraciət etmiş, kiçik həcmli he¬ka¬yələr də yazmışdır. Bu hekayələr “Kaspi”də çap edilmişdir. Bu hekayələrdə Şərq və Qərb mədəniy¬yətləri, dünyagörüşləri, fərqli həyat tərzləri haqqında fikir bildirilir. Çoxu dini, fəlsəfi, milli, etik həyat, məişət məsələlərinə həsr olunan bu hekayələr hələ tədqiq edilməyib.
Qeyd: Bu yazıda Ə.Ağaoğlunun ilk yazılarının nəşr edildiyi “Kaspi” qəzetindəki fəaliyyəti araşdırılıb.