Roma Papası Fransisk Ermənistan və Azərbaycan arasında mövcud olan uzun müddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb.
Papa bu barədə Vatikandakı Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü çıxışında deyib.
“Son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm", - Papa bildirib.
Papa Fransisk döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini qeyd edib.