Cavad Zərif Moskvaya gedir – Bu məsələlər müzakirə olunacaq

SİYASƏT
21:57 / 20.07.2020
1649

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında çərşənbə axşamı keçiriləcək görüşün əsas mövzusu Tehranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafındakı vəziyyət olacaq.

Bunu “RİA-Novosti”yə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib.

“Əsas mövzu Hərtərəfli Birgə Fəaliyyət Planıdır. Bu, hər şeydən öndə gəlir. Sonra isə, əlbəttə, ikitərəfli əlaqələr və Suriya məsələsi daha aktualdır”, – Kabulov deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Cavad Zərifin çərşənbə axşamı Sergey Lavrovla danışıqlar üçün Moskvaya gedəcəyi ilə bağlı xəbər yaymışdı.

0
Teleqraf.com