Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü və Tovuz istiqamətindəki təxribatı qardaş Türkiyə mətbuatında maraq və müzakirə dairəsində qalmaqdadır. SİA xəbər verir ki, Türkiyə ordusunun istefada olan generalı Özgür Tor "A" Haber telekanalına müsahibəsində Ermənistanın nəyə görə növbəti təxribatının məhz Tovuz istiqamətində həyata keçirmək cəhdinə öz versiyası çərçivəsində maraqlı aydınlıq gətirib. Generalın müsahibəsinin bir hissəsini dərc edən "Sabah" qəzetinin yazdığına görə, Özgür Tor qeyd edib ki, Ermənistanın həmin istiqaməti seçməsi təsadüf olmayıb. Belə ki, ərazinin yaxınlığından Bakı-Tbilisi-Ceyhan neft borusu və TANAP qaz kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu keçir.
Onun sözlərinə görə, Ermənistanın hücumu ona doğru yönəlmişdi ki, onlar həmin strateji energi xətlərini kəsməyə nail olmaq istəyiblər.
"Ona görə də, həmin hücum nəinki Azərbaycana qarşı, həm də bizə qarşı yönəlmişdi. Türkiyəni təmin edən enerji daşıyıcıları xətləri məhz Tovuz istiqamətindən keçir", general vurğulayıb.