Çətin vəziyyətə düşən ermənilər Kardaşyandan istifadə etdi - Prezidentin köməkçisi

SİYASƏT
11:30 / 21.07.2020
1976

“Ermənistanın 12 iyul tarixində törətdiyi təxribat təcavüz aktı, gücdən istifadə kimi qiymətləndirilməlidir”.

HİT.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib. 

O qeyd edib ki, bu təxribat təsadüfi deyildi: “Məqsəd iki ölkənin dövlət sərhədində gərginlik yaratmaqdır. Həmçinin Ermənistanın üzv olduğu təşkilatları məsələyə cəlb etməkdir. Onlar yeni ərazilər işğal edib sərhəddə müəyyən üstünlüklər əldə etmək istəyirlər. Həmçinin ölkədaxili problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyırlar. Onların məqsədləri iflasa uğradı. Düşmənin mənfur təxribatının qarşısı layiqincə alındı. Azərbaycan sərhədlərinin toxunulmazlığı təmin olundu. Çətin vəziyyətə düşən erməni lobbisi Kim Kardaşyanın xidmətlərindən istifadə etməyə başladı”.

1