Atəşkəs yenə pozuldu, düşmənin 2 hərbçisi ağır yaralandı - RƏSMİ

SİYASƏT
16:03 / 21.07.2020
2357

"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır".

HİT.Az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur: "Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb".

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

0