Ötən gün Belçikanın paytaxtı Brüsseldə bir qrup erməninin təzyiqinə və fiziki şiddətinə məruz qalan azərbaycanlının kimliyi məlum olub.
HİT.Az xəbər verir ki, Belçikada ermənilərin təklədiyi azərbaycanlı Rizvan Aslanovdur.
Ermənilər onu təkləyib şiddət göstərərkən Rizvan onlara yalnız bir kəlmə ilə cavab verib: "Bu, kişilikdən deyil".
Gənc həmyerlimizin bu ifadəsi tezliklə ölkəmizdə də duyurulub və ona sosial şəbəkələrdə minlərlə dəstək statusu yazılıb.
Rizvan Aslanovun fotosunu təqdim edirik:
Qeyd edək ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin məlumatına görə, artıq hüquq-mühafizə orqanları tərəfindən 17 erməni təxribatçısı saxlanılıb.
Xatırladaq ki, Ermənistan tərəfindən 12 iyul tarixindən başlayan təxribatlarla bağlı orduya dəstək məqsədilə son günlər ərzində 25 ölkədə 56 aksiya keçirilib. Aksiyalar zamanı Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb.