Qara dənizdəki gərginlik dünya mətbuatında rezonans doğurub.
Rusiyanın Su-27 qırıcılarının ötən gün ABŞ-ın Qara dənizdəki beynəlxalq sular üzərində uçan hərbi kəşfiyyat təyyarəsinə müdaxilə etdiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında iyulun 27-də Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin sərhədinə yaxınlaşan və ərazidə möhkəmlənməyə cəhd edən hərbi təyyarənin təyin olunduğu qeyd edilib.
"Cənub hərbi bölgədəki Su-27 Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi, hədəfi dayandırmaq üçün əraziyə gedib. Döyüş qrupu hədəfə təhlükəsiz məsafədən yaxınlaşdı və ABŞ-ın Poseidon kəşfiyyat təyyarəsi olduğu ortaya çıxdı'', - nazirliyin açıqlamasında qeyd olunub.
Publika.az