Deputatdan maraqlı təklif: Bu uşaqlara yemək pulsuz verilsin

SOSİAL
12:37 / 02.06.2023
686

“Hesab edirəm ki, Azərbaycanda 1 yaşından 3 yaşınadək olan uşaqlara yemək pulsuz verilməlidir”. 

Bunu HİT.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat bu gün uşaq yeməklərinin çox baha olduğunu bildirib:

“Uşaqlar fiziki cəhətdən zəif olurlar. Beyinləri inkişaf etmir, savadlı ola bilmirlər, dünya görüşləri formalaşmır. Çünki onlar zamanında orqanizmin tələb etdiyi bütün vitaminləri ala bilmir”.

Razi Nurillayev hesab edir ki, yeni doğulan uşağın lazımi vitaminlər qəbul edə bilməməsi böyük fəsadlara gətirib çıxardır.

Azra

0