Dilin olmaması orqanizmin funksiyalarının 65 % pozulması sayılacaq və buna görə müddətsiz əlillik təyin ediləcək.
HİT.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilən yeni yarımbəndlərdə əksini tapıb.
Bildirilib ki, əlilliklə əlaqədar yeni ağız boşluğu, ağız suyu vəziləri və çənə xəstəliklərinin adları məlum olub, bunlar aşağıdakılardır:
-16 yaşınadək şəxslərdə cərrahi əməliyyatdan sonra uzun- müddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar 2 il müddətində orqanizmin funksiyalarının 40 faizinin pozulması kimi qiymətləndiriləcək;
-ileostoma və olması 1 il müddətində orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək;
-bərpası mümkün olmayan (imkansız) ileostoma və ya kolostomanın olmasımüddətsiz olaraq orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək;
-anal sfinkterin dərəcə 2 il müddətində orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək;
- fistulun mövcudluğu 1 il müddətində orqanizmin funksiyalarının 50 faizinin pozulması kimi qiymətləndiriləcək;
- bərpası mümkün olmayan və ya cərrahi müalicəsinə tibbi əks-göstəriş olan fistulun mövcudluğu müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faizinin pozulması kimi qiymətləndiriləcək.