Azərbaycan teleməkanında yenilik: “Psixoloqun gündəliyi” gəlir - VİDEO

SOSİAL
11:58 / 04.08.2023
1435

Azərbaycan teleməkanında “Psixoloqun gündəliyi” adlı layihə təqdim olunacaq.

Qaynarinfo xəbər verir ki, real hekayələr əsasında hazırlanan layihə hər həftənin cümə günü, saat 21.30-da “Kanal S” və “Metaflix”də efirə gedəcək.

Layihənin rəhbəri Kənan Yusifov, Elsevər Camal və Azər Səlimli, rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Könül İsayeva Səlimli, Kənan Yusifov, Elsevər Camal, Azər Səlimli və psixoloq Fidan Nizamovadır.

Qeyd edək ki, “Psixoloqun gündəliyi” ssenarisi hər tamaşaçı üçün terapiya şansı olacaq.

Hər insanın xarakteri uşaqlığının pəncərəsi, hər problemin səbəbi bir uşaqlıq travmasıdır. Bu layihədə psixoloq qəhrəmanının tez-tez fərqli xarakterlərin hekayələri ilə tanış olur. Nəzərə alsaq ki, cəmiyyətimizdə psixoloqa getmək birmənalı qarşılanmır bu layihə real insan həyatlarına əsaslanaraq psixoloji problemləri olan tamaşaçı üçün bir terapiya seansı olacaq.

0