"Təklif edirəm ki, şənbə-bazar günləri qadınlar işləməsinlər".
HİT.az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Rauf Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ilə dair hesabatının müakirəsində deyib.
O qeyd edib ki, xarici ölkələrdə bu təcrübə var.
"Onlar belə əsaslandırdılar ki, qadınların ailənin həyatında rolu böyükdür. Ona görə uşaqlarla daha çox vaxt keçirmələri üçün belə bir addım atırlar", - deyə deputat əlavə edib.