"Onkoloji xəstəliklərin dərmanları da, müayinəsində tibbi sığortaya salınmalıdır"

SOSİAL
17:30 / 06.11.2023
545

"Azərbaycanda onkoloji xəstəliklər Tibbi Sığortaya daxil edilməyib. Onkoloji xəstəliklər də insanları çətin və ağır duruma salır".

Bu sözləri Hit.az-a açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov deyib. O bildirib ki, bu xəstəliyin dərmanları da, müayinəsi də həddən artıq bahadır:

"Bu xəstəliyin dərmanları da, müayinəsi də həddən artıq bahadır. Respublikada səhiyyə sahəsində ən ağır problem oradadır. O xəstələr üçün çıxış yolu tapmaq çətin olur, əziyyətli olur. Çünki maliyyə imkanları zəif olur, prosedurlardan keçə bilmirlər. Buna görə də bu xəstəliklərlə bağlı dərmanlar, müayinələr tibbi sığortaya salınsa, yaxşı olar. Çünki bu xəstəliklə bağlı dərmanlar çox bahadır, almağa hər kəsin gücü çatmır, üstəlik çətin tapılır. Hər halda, məsələyə baxılmalıdır".

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunmasına görə hesablamalar aparılır, xarici mütəxəssislər cəlb edilib.

Aynur Əli

0