Polietilen torbaların ödənişli olması nəyi dəyişdi? - RƏY

SOSİAL
12:54 / 07.11.2023
974

Polietilen torbaların ödənişli olmasının üzərindən aylar keçməsinə baxmayaraq, dəyişən tək şey onların ödənişlə satılması oldu. 

Yenə də heç kim digər torbalardan istifadə etmir. Müşahidələr göstərir ki, alıcıların heç biri özləri ilə kağız və parça torbalar gətirmir. Demək olar ki, alıcıların hamısı polietilen torbalar üçün ödəniş edir. Əslində isə bu qayda tətbiq olunmağa başlayanda polietilen torbaların istifadəsinin minimuma endirilməsi gözlənilirdi.

Ümumiyyətlə, sözügedən qərar nə dərəcə effektiv oldu?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, əslində polietilen torbaların ödənişli edilməsindən sonra onların dövriyyəsi kəskin aşağı düşüb:
"Statistikalar göstərir ki, polietilen torbalar ödənişli olduqdan sonra dövriyyəsi 48% azalıb. Onsuz da sözügedən torbalar əvvəlcədən də ödənişli idi. Yəni mağazalar onları satın alaraq, alıcılara pulsuz verirdilər. Əslində həmin qərarın verilməsində məqsədi insanların özləri ilə torba gəzdirməsi deyildi. Məqsəd polietilen torbaların istifadəsində səmərəliyin artırılması və sözügedən torbaların lazım oldu-olmadı götürülməsinin qarşısının alınması idi".

Ekspert diqqətə çatdırıb ki, polietilen torbaların ətraf mühiti çirkləndirməsi və yüzillər ərzində torpağın altında qalması kimi zərərləri olduğunu nəzərə almaq lazımdır:
"Statistika da göstərir ki, dövlət öz hədəfinə nail olub. Həmçinin, bu qərarı da effektiv hesab etmək olar. Yəni polietilen torbaları pullu etməklə onların istifadəsi azaldıldı. Üstəlik, dünyanın hər yerində polietilen torbalar ödənişlidir".

Pərviz

0