Turşu yeyək ya yeməyək?

SOSİAL
18:25 / 13.11.2023
504

Məlum olduğu kimi, Biləsuvar rayonunda 8 yaşlı məktəbli kələm turşusundan zəhərlənərək ölüb. 8 yaşlı qız  zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb

Ev şəraitində hazırlanan turşulardan zəhərlənmələr hansı səbəbdən qaynaqlanır?

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a şərhində bildirib ki, qida zəhərlənmələri zamanı "botulizm" (Botulizm və ya botulismus nadir rastlanan, amma çox təhlükəli klostridial infeksiyadır) adı verilən infeksiya növü yaranır ki, bu da ölümə səbəb ola bilər: "Botulizm toksini neyrotoksindir və buna görə sinir sistemini zədələyir. Qida mənşəli botulizm ifliclərə səbəb ola bilir və bu da tənəffüs çatışmazlığına səbəb ola bilər. Erkən simptomlara yorğunluq, halsızlıq, görmənin toranlaşması, ağızın quruması və danışma və udqunma zamanı çətinlik kimi əlamətlər aiddir. Qusma, ishal, qəbzlik əlamətləri də yarana bilər. Bu xəstəlik tənəffüs əzələləri və bədənin aşağı hissələrinin əzələləri zəiflədikdən sonra, boyun və qollarda da əzələ zəifliyinə səbəb ola bilir. Bu tip zəhərlənmələrin isə özünəməxsus əlamətləri var. Baş ağrıları, qusma, qarın nahiyəsində küt ağrılar, ürək bulanma və qızdırma müşahidə oluna bilər".


Həkimin dediyinə görə, payız-qış fəsillərində turşudan, xüsusilə də pomidor turşusundan zəhərlənmə hallarına tez-tez rast gəlinir. Ağır zəhərlənmələr verən turşular əslində düzgün qoyulmadıqda ölüm mənbəyi olur: "Adətən turşunun olduğu qabın qapağı çox pas atmamalı, çox şişməməlidir. Mikroblar içəridədirsə, qapaq şişməyə başlayır. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o, ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir".

Sevinc

0